Xaçmazda Qadın Resurs Mərkəzinin rəsmi açılışı olub – FOTO

İqtisadiyyat

Xaçmazda Qadın Resurs Mərkəzinin rəsmi açılışı olub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin İnkişaf Proqramı (BMTİP) və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Xaçmaz Qadın Resurs Mərkəzinin (QRM) açılışını ediblər. Tədbirdə AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx, BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak ediblər.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı və USAID-lə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış Xaçmaz Qadın Resurs Mərkəzi qadınların biznes fəaliyyətlərinin, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına kömək edir. Həmçinin, burada həssas təbəqədən olan qadınlara hüquqi və psixoloji dəstək göstərilir. Bu layihənin davamlılığı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik”, – AQUPDK-nın sədr muavini Sədaqət Qəhrəmanova deyib.

USAID-in Missiya Direktoru Caydev Sinqh deyib: 

“USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə kritik bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək olmaqdan qürur duyur. BMTİP və AQUPDK-dakı tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım axtarmaq üçün təhlükəsiz yerə malik olduqlarını bilməkdən çox rahat olduq”.

“Qadınlar bütün sahələrdə uğurlu ola biləcəklərini dəfələrlə nümayiş etdiriblər. Bunun üçün bərabər şərtlər yaratmaq kifayətdir. Qurulmasını dəstəklədiyimiz qadın resurs mərkəzlərinin məqsədi də qadınlara Azərbaycan qanunvericiliyinin verdiyi bərabər şərtlərdən faydalanmağa yol göstərmək, vasitəçi olmaqdır”, – deyə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi qeyd edib.

Xaçmazda yerləşən Mərkəz BMTİP-nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra etdiyi və USAID-in maliyyələşdirdiyi “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin çərçivəsində istifadəyə verilmiş növbəti QRM-dir.

Xaçmaz Qadın Resurs Mərkəzi ilkin fəaliyyətlərinə 2020-ci ildə başlayıb. Mərkəzin rəsmi açılışı qlobal pandemiya səbəbindən həmin il mümkün olmayıb.

Fəaliyyətə başladığı gündən bəri Mərkəz 23 qadına öz biznesini qurmaqda dəstək olub, o cümlədən, 104 qadın üçün biznesin inkişafı, maliyyə savadlılığı, SMM kimi mövzularda təlimlər təşkil edib. Mərkəzin 280-dən çox üzvü var. Bu günə qədər Xaçmaz QRM faəliyyətləri çərçivəsində gender əsaslı zorakılıq (GƏZ) qurbanlarından 70 nəfəri psixoloji dəstək alıb, 30 nəfərinə isə hüquqi xidmət təqdim olunub.

2022-ci ilin sonuna kimi 15 qadın sahibkara öz biznesini qurmalarında dəstək göstəriləcək, habelə 40 qadın üçün peşə təlimləri təşkil ediləcək və 100 GƏZ qurbanına hüquqi və psixoloji dəstək təmin olunacaq.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – [email protected] 

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org veb-saytına baş çəkə, yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir