“Ölkəmizdə sahibkarlıq subyektlərinin və müəssisələrin fəaliyyətinin təşviqi nəticəsində müxtəlif sahələr üzrə məhsul istehsalının artım templəri əhəmiyyətli şəkildə sürətlənib”.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında qeyd edib.
“Qeyri neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 12,2%, qeyri-neft emal sənayesində isə 22,6% artıb”, – deyə nazir əlavə edib.
bu ilin 4 ayında ötən ilin müvafiq dövrünə nisbətən əlavə dəyər 12,2%, qeyri-neft emal sənayesində isə 22,6% artıb.
2/2#EconomyAz pic.twitter.com/rlgQPKGCzN— Mikayil Jabbarov (@MikayilJabbarov) June 1, 2022
www.RIA24.az