Biləsuvarda minik avtomobili yük maşınına çırpılıb, 4 nəfər xəsarət alıb

Baş səhifə

Biləsuvar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21011” markalı minik avtomobili yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində 4 nəfər – Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir