Pol Poqba altı ildən sonra “Mançester Yunayted”i tərk edir

İdman

Futbol üzrə Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba İngiltərənin “Mançester Yunayted” klubu ilə yollarını ayıracaq. 

Klubun rəsmi saytı məlumat verir ki, 29 yaşlı yarımmüdafiəçinin iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, Pol Poqba 2016-cı ildə “Yuventus”dan “qırmızı şeytanlar”a 105 milyon avroya transfer edilmişdi.

İngiltərə mətbuatı yazır ki, hazırda Pol Poqba ilə xüsusən PSJ, “Yuventus” və “Real”(Madrid) maraqlanır.

Mənbə: Manutd.com

www.RIA24.az

Spread the love