Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.
Qlazqo şəhərindəki “Hempden Park” stadionunda oynanılan qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb – 3:1.
Qeyd edək ki, Ukrayna finalda Uelslə üz-üzə gələcək. İyunun 5-də Kardiffdə baş tutacaq matç DÇ-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
Mundiala gəlincə, turnir noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
Xatırladaq ki, UEFA yarımfinal və final görüşlərinin vaxtını Ukraynadakı müharibə səbəbindən dəyişib.
www.RIA24.az