Braziliyalı futbol əfsanəsi Pele Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı müraciət edib.
“Mən bir xahişlə müraciət etmək istəyirəm. Bu müharibəni dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur”, – deyə Pele bildirib.
81 yaşlı Pele həmçinin qeyd edib ki, bu münaqişə şərdir, əsassızdır və xalqa ağrı, qorxu, dəhşət və əzabdan başqa heç nə gətirmir.
Mənbə: Reuters
www.RIA24.az