
Bakı. Trend:
Konstitusiya ölkənin suverenliyi və müstəqilliyinin
rəmzidir.
Trend xəbər verir
ki, bunu bu gün Tacikistanın Azərbaycandakı səfiri İlhom Barotzodza
Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının
30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr
olunmuş beynəlxalq konfransın gedişində deyib.
“Konstitusiya hər bir xalq üçün son dərəcə mühüm sənəddir. O,
dövlətin əsas və ali qanunu olaraq cəmiyyətin həyatının fundamental
prinsiplərini müəyyənləşdirir və vətəndaşların hüquq və
azadlıqlarının təminatçısı kimi çıxış edir. Konstitusiya ölkənin
suverenliyinin və müstəqilliyinin rəmzidir. O, dövlət
müstəqilliyini, ərazi bütövlüyünü təsbit edir və vətəndaşların
azadlıqlarını müəyyən edir”, – səfir qeyd edib.
Səfir Azərbaycanı Konstitusiyanın 30 illiyi və parlamentin 107
illiyi münasibətilə təbrik edib.
“Qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik və qeyd etmək
istəyirəm ki, bu gün təşkil edilən tədbir mühüm bir hadisədir”, –
deyə o bildirib.

