LDU-da yeni tədris ilindən işçilərin əmək haqqları artırılacaq

Cəmiyyət Gündəm

Lənkəran Dövlət Universiteti (LDU) Elmi Şurasının  20 avqust 2020-ci il tarixli  iclası  KOVİD-19 səbəbindən,  koronavirus pandemiyası ilə  əlaqədar olaraq onlayn keçirilib.  Şura sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclas iştirakçılarını   salamlayaraq onları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi Şura üzvlərinin müzakirəsinə çıxarılan ilk məsələ “2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti .Yaz semestrinin gedişi” olub. Bu barədə məlumatı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov şura üzvlərinin diqqətinə çatdırıb. 2020/2021-ci tədris ilinə hazırlıqdan söz açan İdrak Əsgərov bildirib ki,  tədrisin onlayn qaydada təşkili üçün lazımi işlər görülüb,texniki imkanlar cəmləşdirilib.Həmçinin, tədris  tapşırıqları fakültələr üzrə kafedralara göndərilib və  dərs yuklərinin müəllimlər arasında ilkin bölgüsü aparılıb. Bu il bütün ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanıb və  yekunlaşmaq üzrədir. 
Yay semestrinin gedişindən danışan məruzəçi İ.Əsgərov  qeyd edib  ki, 2019/2020- ci tədris ilinin yay semestri  Microsoft Teams proqramı əsasında onlayn qaydada davam edir. Bu tədris ilində yay semestrində 40 fənn üzrə qrup yaradılıb   və  dərslər  təsdiq edilmiş cədvəl üzrə aparılır. Yay semestrinin dərsləri  29.08.2020-ci il tarixində yekunlaşacaq və 31.08.2020-ci il tarixdən 05.09.2020-ci il tarixinədək   onlayn qaydada imtahanlar  təşkil ediləcəkdir. Bu tarixlərdə eyni zamanda, təkrar imtahan üçün müraciət edən tələbələr üçün  də maksimum iki fənn üzrə  imtahanlar  (4-5 sentyabr)  təşkil olunacaqdır.
Məsələ ilə əlaqədar  şura üzvləri,  dekan, kafedra müdirləri təklif və rəylərini bildirərək , yeni tədris ilinə hazırlığın gedişi ilə bağlı geniş  fikir mübadiləsi ediblər. 
Elmi Şura üzvlərinin   müzakirəsinə çıxarılan  növbəti  məsələ “Universitet üzrə yeni strukturun təsdiq olunması haqqında” olub.Bu barədə geniş məlumatı Maliyyə və mühasibat şöbəsinin müdiri Rəşad Rzazadə təqdim edib.Ürəkaçan yeniliklərdən biri də  sentyabrın 1-dən LDU-da əmək haqlarının növbəti dəfə artırılacağı ilə bağlı xəbər olub.Şura üzvləri diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.
Yeni tədris ilinin əsaslı yeniliklərindən biri də  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul  2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar Texnoloji Kollecinin təşkil edilməsidir . Bu məsələ ilə bağlı Lənkəran Humanitar  Kollecinin  direktoru Ruslan Həmidov  məruzə edərək idarəetmə strukturunun təşkil edilməsi   istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu, müvafiq təhsil proqramlarına uyğun tədris planlarının yenidən hazırlandığını  deyib. Məruzəçi şura üzvlərinin  çoxsaylı suallarını cavablandıraraq bildirib ki,   bu yenilik  kollecdə  təhsilin səviyyəsinin yüksəlməsinə, modern təşkilinə  müsbət təsir göstərəcək.
Elmi Şurada “Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər haqqında” Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyevin hesabatı  dinlənilib. Məruzəçi bildirib ki, yeni tədris ilinə və qarşıdakı payız-qış  mövsümünə hazırlıq işləri yekunlaşmaq üzrədir.I korpusda qazanxana binası yenilənib,bütün korpuslarda  su-kanalizasiya, işıqlandırma sistemləri əsaslı təmir edilib ,aqrar ixtisasda təhsil alan tələbələr üçün tədris-təcrübə otaqları və yeni istixana binası  tikilir.Azər Əliyevin  cari  tədris ilində LDU-da  yeni   1500   yerlik  tədris korpusunun inşasına başlanılacağı  ilə bağlı  xəbərini şura üzvləri  sevinclə qarşılayıblar.İclasda  cari məsələlərə də  baxılıb və müzakirə olunan bütün məsələlər barədə səsvermə qaydasında qərarlar qəbul olunub.Şura iclasını yekunlaşdıran professor Natiq İbrahimov qarşıdakı tədris ilində bütün kollektivə uğurlar arzu edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir