İrlandiya Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıdı – FOTO

Dünya

İrlandiya Senatı Rusiyanın Ukraynaya hücumunu pisləyən, onların hərəkətlərini soyqırım kimi tanıyan qətnamə qəbul edib. Sənəddə Rusiya Federasiyasının siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin zəruriliyindən də danışılır.

Qərarı İrlandiya Senatının sədri Mark Deyli özünün “Twitter” səhifəsində açıqlayıb.

“…Rusiya Federasiyasının Ukraynaya qanunsuz müdaxiləsi soyqırım aktıdır. İrlandiya Senatı Rusiyanın Ukraynada soyqırımı ilə bağlı qətnamə qəbul edib”, – Deyli yazıb.

Qətnamədə rusiyalı hərbçilərin qəddarlıqları ilə bağlı faktlar da qeyd olunub.

Sənəddə deyilir ki, dünya ölkələri Rusiyaya qarşı sanksiyaları saxlamalı və gücləndirməlidir.

Qeyd edək ki, İrlandiya ukraynalıların soyqırımını tanıyan yeddinci ölkə olub. Əvvəllər oxşar qərarlar Kanada, Polşa, Çexiya, Litva, Latviya və Estoniya tərəfindən verilib.

Mənbə: Obozrevatel

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir