
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində “Niva” markalı minik maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub.
Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.

