“Lenovo” uzanan ekranlı oyun noutbukunu təqdim edəcək

Baş səhifə

Bakı. Trend:

Çin korporasiyası “Lenovo” dünyanın ilk uzanan ekranlı oyun
noutbukunu yaradıb və onun gələn il dünya bazarlarına daxil olacağı
gözlənilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Windows Latest” nəşrinin məlumatına görə, İT nəhəngi unikal
oyun noutbukunu “Legion” brendi altında təqdim etməyə hazırlaşır.
Cihazın displeyi həm soldan, həm də sağdan üfiqi şəkildə genişlənə
bilən OLED matrisaya malik olacaq.




Ekspertlər innovativ cihazın geymerlər üçün ideal olduğunu hesab
ediblər, çünki noutbuk rahatlıqla 21:9 ekran nisbəti əldə
edəcək.

Noutbuk eyni zamanda “Intel Core Ultra” mikroprosessoru ilə
təchiz olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir