“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sonuna kimi hasilatda səmt qazlarının emissiyası üzrə sıfır göstəriciyə nail olmağı planlaşdırır”.
“Report”un məlumatına görə, bunu Bakı Enerji Forumunun ikinci günündə çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib.
Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.
R.Hüseynzadə onu da qeyd edib ki, SOCAR karbonsuzlaşdırma, enerji effektliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrə də aktiv fəaliyyət göstərir.
www.RIA24.az