Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüşüb.
M.Cabbarov bu barədə məlumatı “Twitter” hesabında paylaşıb.
Onun sözlərinə görə, Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüş faydalı keçib:
“İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı müzakirələr apardıq”.
Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri @AndreiSpinu ilə görüşümüz faydalı keçdi. #İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi,
1/2— Mikayil Jabbarov (@MikayilJabbarov) June 3, 2022
www.RIA24.az