UEFA Millətlər Liqasının I turunda növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa evdə Danimarkaya məğlub olub – 1:2.
Qrupun digər matçında Avstriya Xorvatiyaya qalib gəlib – 3:0.
4-cü qrupda Niderland səfərdə Belçikanı darmadağın edib – 4:1.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda səfərdə Qazaxıstana 0:2, Belarus isə evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub.
UEFA Millətlər Liqası
I tur
A Liqası
1-ci qrup
Fransa – Danimarka 1:2
Qollar: Kərim Benzema, 51 – Andreas Kornelius, 68. 89
Xorvatiya – Avstriya – 0:3
Qollar: Marko Arnautoviç, 41. Maykl Qreqoriç, 54. Marsel Sabitser, 57
4-cü qrup
Belçika – Niderland – 1:4
Qollar: Mişi Batşuayi, 90+3 – Stiven Berqveyn, 40. Memfis Depay, 51. 65. Denzel Dumfris, 61
C Liqası
3-cü qrup
Qazaxıstan – Azərbaycan – 2:0
Qollar: Abat Aymbetov, 50. 57
Belarus – Slovakiya – 0:1
Qol: Tomas Suslov, 61
D Liqası
1-ci qrup
Latviya – Andorra – 3:0
Qollar: Roberts Uldrikis, 9. 77, Janis İkaunieks, 85 (p)
Lixtenşteyn – Moldova – 0:2
Qol: İon Nikolaesku, 5. Vadim Bolohan, 90+1
www.RIA24.az