
“Qarabağ” FK Qadın və Uşaq Sığınacağında “Qarabağ” – “Ayaks”(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb.
“O qədər sevinirik ki… Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək”, – paylaşımda deyilir.
Qeyd edilib ki, klubdan zəng edərək, azyaşlı ilə tezliklə görüşəcəklərini bildiriblər.
Bundan başqa, izləyicilər balaca Əkbərə sevimli klubunun formasını hədiyyə ediblər.

