Ölkədə qriplə bağlı ümumi vəziyyət açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Əhali arasında hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək,
boğaz ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə
müraciət edən şəxslərdən götürülmüş yaxmalarda fəsli qrip virusu və
ara-sıra digər respirator viruslar aşkarlanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.




Onun sözlərinə görə, qrpin və digər kəskin respirator virus
infeksiyaları üçün Azərbaycanın ərazisinin də daxil olduğu mülayim
iqlimli ölkələrdə fəsillilik xarakterikdir:

“Yəni payız-qış mövsümündə bu coğrafi ərazilərdə həmin
infeksiyalara yoluxma saylarında artımlar baş verir. Bu
infeksiyalardan ən təhlükəlisi qrip olduğundan və onun yayılmasının
pik vaxtının dekabr-fevral aylarına düşdüyü nəzərə alınaraq
ölkəmizdə sentyabr-oktyabr aylarında qripə qarşı həssas insanlar
qrupunun vaksinasiyası aparılıb. Bu da təbii ki, qriplə xəstələnmə
hallarının sayının azalmasına, xəstəliyin daha az hallarda
fəsadlaşmasına, xəstələrin hospitalizasiya hallarının məhdud
olmasına səbəb olur. Eyni zamanda, hava-damcı və təmas yolları ilə
yayılan bu tip infeksiyalardan qorunmağın universal qeyri-spesifik
üsulları haqqında əhalinin son illərdə kifayət qədər
maarifləndirilməsi də infeksiyanın yayılması sürətinin müəyyən
qədər kiçilməsinə səbəb olur. Beləliklə, səhiyyə qurumları
tərəfindən qrip və KRVİ-nin yayılmasına qarşı bütün mümkün
əksepidemik tədbirlərin aparılması bizə hər il olduğu kimi bu ili
də daha az itki və məsrəflərlə başa vuracağımızı vəd edir. Əhali
arasında hərarətin yüksəlməsi, ümumi halsızlıq, öskürək, boğaz
ağrısı, burun axması və ya tutulması kimi əlamətlərlə müraciət edən
şəxslərdən götürülmüş yaxmalarda fəsli qrip virusu və ara-sıra
digər respirator viruslar aşkarlanır. Beləliklə, qeyd olunan
kompleks əksepidemik tədbirlərin fonunda ölkədə hazırda
epidemioloji durum sabit qiymətləndirilir. Əksepidemik tədbirlər, o
cümlədən qripə qarşı vaksinasiya bu gün də davam etdirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir