SOCAR BP və “Masdar” şirkətləri ilə yeni sənədlər imzalayıb

İqtisadiyyat

Bakı Enerji Forumu çərçivəsində bu gün Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın BP şirkəti arasında yeni Əməkdaşlıq Müqaviləsi imzalanıb.

“Report”un məlumatına görə, sənədi SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qəri Counz imzalayıblar.

Müqavilə ölkədə bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Bundan başqa, SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi R.Nəcəf və “Masdar Clean Energy” şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharrami imzalayıblar. Memorandum Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.

Hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılması və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqi və bərpaolunan enerji mənbələrinin birgə inkişafının təmin edilməsidir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir