Azərbaycanda avtomobil benzini istehsalı 11%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1,342 milyon ton
avtomobil benzini istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 131,4 min ton və ya 10,9% çoxdur. Ötən ilin ilk 11
ayında ölkədə 1,211 milyon ton avtomobil benzini istehsal
olunmuşdu.




Bu ilin dekabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı
79,2 min ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 5,013 milyard manat
olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz
artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir