Gəncədə kişi arvadını öldürdü

Hadisə

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ərdəbil küçəsində qeydə alınıb.

Şəhər sakini, 1990-cı il təvəllüdlü Həsənova Gülzar Vahid qızı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın xəstəxanada keçinib. İlkin məlumata görə, 32 yaşlı G.Həsənova həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RIA24.az