“Laçın” tankerinin yük dövriyyəsi 225 min tonu ötüb

Baş səhifə

Bakı. Trend:

İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 6 il
ötür.

Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda
inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu
ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.




Tanker ötən 6 il ərzində müxtəlif limanlara ümumilikdə 36 səfər
həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə 225 304, 297 ton
neft və neft məhsulu daşınıb.

Son bir ildə isə gəmi 48 958,323 ton yükü təyinat limanına
çatdırıb.

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına
malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton, çayda 5 455 ton
təşkil edir. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10
dəniz düyünü sürətlə hərəkət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir