
Bakı. Trend:
Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Məmmədov (48 kq) Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında
qızıl medal qazanıb.
Trend-in
məlumatına görə, idmançı həlledici qarşılaşmada Rusiya təmsilçisi
olan erməniəsilli Edmond Xudayan üzərində qələbə qazanaraq dünya
çempionu adını əldə edib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə 11 boksçu ilə təmsil
olunub. Daha əvvəl Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev
(+92 kq) dünya çempionatını bürünc medalla başa vurublar.

