“İşıqlı dünyadan necə əl çəkim?” deyən Müşfiqin doğum günüdür – FOTO

Mədəniyyət

Bu gün tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür. 

Oxu.Az xəbər verir ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb.

İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub.

M.Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Mərhum şair 1938-ci ildə repressiya dövründə güllələnib. 

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

“Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür.

Şеrim! Bu gülünc oyun bəllidir yarın, bizi də bəklər, 
Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər!”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir