Burak Yılmazı söydülər, istefa verdi

Baş səhifə

Türkiyənin “Qaziantepspor” klubunun baş məşqçisi Burak Yılmaz vəzifəsindən istefa verib.

Metbuat.az xəbər verir ki, təcrübəli məşqçi bu gün keçirilən “Göztəpə” – “Qaziantepspor” matçından sonra istefa qərarını açıqlayıb. Yılmaz deyib ki, iki həftə sonra klubun sükanı arxasında olmayacaq.

Burak Yılmaz azarkeşlərin onu söyməsindən sonra postundan ayrılmağa qərar verdiyini bildirib: “Mən bu şəhərə gələndə “Qaziantepspor”un 1 xalı da yox idi. İndi klubda hamı Avropa xəyalları qurur. Bu uğura rəğmən azarkeşlər məni söyür. Qulağım o söyüşləri eşidir. Mən bu münasibəti haqq etmirəm. İki həftə sonra heç kim məni bu şəhərdə görməyəcək”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir