
Bakı. Trend:
Bu ilin ilk 9 ayında Azərbaycandakı idarə, müəssisə və
təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları
gəlir əldə edib.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika
departamentinin direktoru Samir Nəsirov tədiyə balansının
açıqlanmasına həsr olunmuş brifinqə deyib.
O bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
7,45% çoxdur.
“Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansını
müzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimiz
artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilə
düşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin
gəlirlər balansı vasitəsilə kifayət qədər, belə deyək, vəsait
gətirir”, – S. Nəsirov vurğulayıb.

