Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi
üzrə qlobal şirkət olan “Ookla” noyabr ayı üzrə “Speedtest Global
Index” hesabatını təqdim edib.

Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.

Yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin
median sürəti 86,15 Mb/s, mobil internetin median
sürəti isə 83,37 Mb/s olub.




Oktyabr ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi
1,33 MB/s, yaxud 1,57%, mobil
internetin sürəti isə 3,43 Mb/s və ya
4,29% yüksəlib.

Qeyd olunan dinamika ölkədə rəqəmsallaşma proseslərinin
sürətlənməsi, elektron xidmətlərə tələbatın artması, distant iş və
təhsil imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır
və Azərbaycanın qlobal internet sürəti reytinqlərində mövqeyinin
yaxşılaşdığını göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir