Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 6 qarşılaşma baş tutub.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olub. Matçda qalib müəyyənləşməyib.
B Liqasının yeganə matçında da İslandiya ilə Albaniya sülhə razılaşıb.
C Liqasının 3-cü qrupunda Azərbaycan millisi Serbiyada Belarusla xalları yarı bölüb. Qazaxıstan isə Slovakiyanı məğlub edib.
A Liqası
1-ci qrup
Avstriya – Danimarka (gec başlayacaq)
Xorvatiya – Fransa – 1:1
Qollar: Andrey Kramarik, 83 (p) – Adrien Rabyo, 52
B Liqası
2-ci qrup
İslandiya – Albaniya – 1:1
Qollar: Torsteynsson, 49 – Taulant Süleymanov, 30
C Liqası
3-cü qrup
Belarus – Azərbaycan – 0:0
Slovakiya – Qazaxıstan – 0:1
Qol: Aslan Darabayev, 26
www.RIA24.az