Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelə olan qiyməti 1,2 ABŞ dolları və ya 0,95% artaraq, 127,13 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.
www.RIA24.az