Slovakiyanın Koşitse şəhərində keçirilən minifutbol üzrə Avropa çempionatında Azərbaycan millisi ilk qələbəsini qazanıb.
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan millisi B qrupunda İspaniyanı 5:1 hesabı ilə darmadağın edib.
Komandamız 10, 27, 43, 46 və 48-ci dəqiqələrdə fərqlənib. Rəqib yalnız 40-cı dəqiqədə fərqlənməyi bacarıb.
B qrupunun digər görüşündə Rumıniya Albaniyaya 3:1 hesabı ilə qalib gəlib. Bununla da Rumıniya altı xalla qrup birinciliyini təmin edib. Komandamız isə üç xalla ikinci pilləyə yüksəlib. İspaniya və Albaniyanın hərəyə bir xalı var.
Komandamız bu gün qrupda üçüncü oyununu keçirəcək. Elşad Quliyevin baş məşqçisi olduğu, heyətində Davud Kərimi, Bəxtiyar Soltanov kimi sabiq peşəkar futbolçuların yer aldığı millimiz qrupdan çıxmaq üçün Bakı vaxtı ilə saat 12:30-da Albaniya yığması ilə qarşılaşacaq. Komandamıza növbəti mərhələyə çıxması üçün heç-heçə də sərf edir.
Qeyd edək ki, iyunun 4-də komandamız qrupdakı ilk görüşündə Avropa çempionları Rumıniyaya 0:2 uduzub.
Səbuhi Musa
www.RIA24.az