Levandovski niyə “Bayern”dən ayrılmaq istədiyini açıqlayıb

İdman

“Bayern”in polşalı hücumçusu Robert Levandovski niyə Münhen klubundan ayrılmaq qərarına gəldiyini açıqlayıb.

“Mən ayrılıram, çünki həyatımda daha çox emosiya istəyirəm. Onlar məni sona qədər dinləmək istəmədilər. İçimdə nəsə qırıldı və bunu yaşamaq mümkün deyil. Peşəkar olmaq istəsən belə, bunu kompensasiya edə bilməzsən”, – deyə forvard bildirib.

Qeyd edək ki, daha əvvəl polşalı hücumçunun “Bayern”i boykot etdiyi bildirilmişdi.

Xatırladaq ki, bu mövsüm Levandovski Münhen klubunun heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub.

Mənbə: 90 min

www.RIA24.az

Spread the love