Beynəlxalq Konkisürmə İttifaqı (ISU) fiqurlu konkisürmə, sürətli konkisürmə və şort-trek kimi idman növlərində idmançılar üçün yaş həddinin 17 yaşa qaldırılması barədə qərar qəbul edib.
Müvafiq qərar təşkilatın bu gün Phuketdə keçirilən konqresində verilib.
Xatırladaq ki, hazırda İSU-nun himayəsi altında böyüklər arasında keçirilən turnirlərdə yaş həddi 15-dir. ISU Konqresi 2022/2023 mövsümündə plankanın eyni səviyyədə qalması, 2023/2024 mövsümündə 16 yaşa, 2024/2025 mövsümündən etibarən isə 17 yaşa yüksəlməsi barədə qərar qəbul edib.
Mənbə: Mk.ru
www.RIA24.az