BDU-da “Akademik Yusif Məmmədəliyev auditoriyası” açılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində dünya
şöhrətli alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120
illik yubileyi münasibətilə “Akademik Yusif Məmmədəliyev
auditoriyası” açılıb.

Trend xəbər verir ki, otağın
açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib
ki, akademik Yusif Məmmədəliyev Azərbaycan elminin qızıl fondunun
möhtəşəm sütunlarından biridir. Görkəmli alim öz həyatı, fəaliyyəti
ilə adını ölkəmizin və BDU-nun elm və təhsil tarixinə yazıb. Ömrünü
elmə həsr etmiş bu dahi alim və böyük müəllimin 120 illik yubileyi
münasibətilə xüsusi auditoriyanın açılması BDU üçün xüsusi bir
qürur və akademik Yusif Məmmədəliyevin irsinə olan ehtiramdır.

Rektor bu auditoriyanın BDU-da kimya elmi və tədrisinin
inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.




Fizika İnstitutunun baş direktoru Arif Həşimov akademik Yusif
Məmmədəliyevin qiymətli irsinin ölkəmizin elm tarixinin ən önəmli
səhifəsi olduğunu bildirib, BDU-da onun adını daşıyacaq xüsusi
auditoriyanın açılışının Azərbaycan elmi və təhsilinin inkişafına
töhfə kimi qiymətləndirib.

Türkiyənin Qars Qafkaz Universitetinin rektoru Hüsnü Kapu isə
qeyd edib ki, akademik Yusif Məmmədəliyev təkcə Azərbaycanın deyil,
Türk dünyasının, bütünlükdə dünya elminin inkişafında misilsiz
xidmətlər göstərib. O bildirib ki, görkəmli alimin açdığı yol Türk
dünyasının hər bir alimi üçün məşəldir. Bu yolda onun xatirəsinə
layiq olacaq şəkildə çalışmaqla Türk dünyasını ən uca zirvəyə
yüksəltmək hər bir elm insanının mənəvi borcudur.

Qeyd edək ki, “Akademik Yusif Məmmədəliyev auditoriyası”ndə
görkəmli alimin büstü, qiymətli irsini əks etdirən şəkillər,
əlyazmalar, kimya, xüsusilə də neft kimyasına aid kitablar, elmi
tədqiqat istiqamətlərini göstərən xüsisi sxemlər yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir