
Bakı. Trend:
Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlamentinin
Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bəyanat qəbul edəcək.
Trend xəbər
verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirə
edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bəyanatın
qəbul edilməsi üçün Komissiya yaradılıb.
Şahin İsmayılov Komisisyanın sədri, Fəzail İbrahimli, Bəhruz
Məhərrəmov, Zaur Şükürov və Pərvanə Vəliyeva isə Komisisyanın
üzvləri seçiliblər.

