Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə A və B Liqalarında ümumilikdə dörd qarşılaşma oynanılacaq.
İlk oyunda öz meydanında Niderlanda 1:4 hesabı ilə uduzan Belçikanın bu dəfə azarkeşləri ilə barışmaq üçün Polşaya qalib gəlməsi lazımdır.
UEFA Millətlər Liqası
A Liqası
4-cü qrup
22:45 Uels – Niderland
22:45 Belçika – Polşa
Xal durumu: Niderland – 3, Polşa – 3, Uels – 0, Belçika – 0
B Liqası
1-ci qrup
22:45 Şotlandiya – Ermənistan
22:45 İrlandiya – Ukrayna
Xal durumu: Ermənistan – 3 (1 oyun), Ukrayna – 0, Şotlandiya – 0, İrlandiya – 0 (1 oyun)
www.RIA24.az