
Bakı.Trend:
Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi
Dialoq İclası başa çatıb.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin müxtəlif idarələrində, eləcə
də Milli Müdafiə Universitetində keçirilən görüşlərdə hər iki
qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər
sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, kadr
hazırlığı və qarşılıqlı fəaliyyətin artırılması, habelə regional və
beynəlxalq təhlükəsizliyə dair geniş fikir mübadiləsi aparıb,
həmçinin mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin
artırılması və gələcək fəaliyyət planlarının razılaşdırılması
məsələlərinə toxunublar.
Alt İşçi Qrupların sədrlərinin iclasın yekunu ilə bağlı
məruzələri dinlənildikdən sonra həmsədrlər tərəfindən iclasın ümumi
protokolu imzalanıb.

