10-12 iyun tarixlərində baş tutacaq “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq tam gücü ilə davam edir.
Oxu.Az-ın xəbərinə görə, bu gün yarış treki Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərəfindən Beynəlxalq Avtomobil Federasiyasına (FIA) yoxlanış üçün təhvil verilib.
Ən son texniki-təhlükəsizlik standartlarına uyğun olaraq yoxlanışdan sonra FIA tərəfindən təhvil veriləcək Bakı treki sabah yarışa tam hazır olacaq.
Qeyd edək ki, “Formula-1” Azərbaycan Qran-prisində iştirak edəcək bütün komandalar artıq Bakıdadır. Komandalar hazırda Paddokda yerləşən qarajlarında yarışa hazırlıq görürlər. “Formula-1” pilotlarının da bu gün ərzində şəhərimizə gəlişi gözlənilir.
www.RIA24.az