Tanzaniya və Qanadan olan könüllülər Bakıya gəliblər

İdman

“Formula-1” Azərbaycan Qran-prisi üçün bu il yarışa 1500 yerli könüllü cəlb olunub.

Oxu.Az xəbər verir ki, yerli könüllülərlə yanaşı, həmçinin 100-ə yaxın xarici könüllü yarışın təşkilinə öz dəstəyini göstərəcək.

Xarici könüllülər ABŞ, İrlandiya, İsveçrə, İndoneziya, Pakistan, Çin, Tanzaniya, Qana, Qazaxıstan kimi ölkələrdən yarışa qatılaraq yerli könüllülərlə birgə çalışacaqlar.

Könüllülərin çoxu tribunalar, biletlər və kütləyə nəzarət kimi vəzifələri icra edəcəklər.

Xatırladaq ki, “Formula-1” Azərbaycan Qran-prisi üçün 8 minə yaxın könüllü qeydiyyatdan keçib, onlardan 1500-ü müsahibə əsasında seçilərək yarışa cəlb olunub.

www.RIA24.az

Spread the love