
Bakı. Trend:
Misli Premyer Liqasında 16-cı tur davam edir.
Trend xəbər
verir ki, ikinci oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edəcək.
Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
“Neftçi” isə 17 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş
tutan ilk matçda qalib aşkarlanmayıb – 0:0.
Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul
edəcək. 15 turdan sonra 27 xalı olan paytaxt təmsilçisi 4-cü, bölgə
təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da
ilk dövrənin matçı bərabərliklə yekunlaşıb – 1:1.
20 dekabr (şənbə)
14:00. “Karvan-Yevlax” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin
Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Yevlax şəhər stadionu
16:30. “Zirə” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin
Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Zirə İdman Kompleksinin stadionu
21 dekabr (bazar)
15:00. “Qəbələ” – “Qarabağ”
17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”
19 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz” – 0:2

