
İrlandiyanın Baş naziri Maykl Martin Livana səfər edib.
APA Livan mediasına istinadən xəbər verir ki, Baş nazir səfər çərçivəsində livanlı rəsmilərlə görüşəcək və BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edən irlandiyalı hərbçiləri ziyarət edəcək.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında İrlandiya UNIFIL-dən çıxarmaq barədə İsrailin tələbini rədd edib.

