14 yaşlı qıza qarşı qeyri-etik hərəkətlər edən şəxslər həbs olunub

Baş səhifə

Bakı. Trend:

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş
qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb
edilib.

Trend-in məlumatına görə, iki nəfər rayon sakini 2011-ci il
təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və
qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib.




Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə
cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26
yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işi başlanılıb. Onlar təqsirləndirilən şəxs
qismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində 4 ay
müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq
tədbirləri aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir