Para-üzgüçülük üzrə Azərbaycan milli komandası Portuqaliyanın Madeyra şəhərində keçiriləcək dünya çempionatına yollanıb.
Oxu.Az xəbər verir ki, heyətdə Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibləri – Roman Saley və Vəli İsrafilov yer alıb.
Onlar yarışda baş məşqçi Alavərdi Culfayevin rəhbərliyi altında çıxış edəcəklər.
Xatırladaq ki, bu gündən iyunun 18-dək davam edəcək dünya çempionatı Paris Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.
www.RIA24.az