
Bakı. Trend:
Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti işlər
vəkili xanım Emi Karlon ilə görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur
Musayev Vaşinqtonda imzalanmış Azərbaycan və ABŞ hökumətlərarası
imzalanmış Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığının yeni
strateji mərhələsinin təməlini qoyduğunu bildirib.
Azərbaycanda şəhid ailələri və müharibə veteranlarına diqqət və
qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri
olduğu diqqətə çatdırılıb. Səhiyyə sisteminin
rəqəmsallaşdırılmasının əhəmiyyətini vurğulayan Teymur Musayev,
ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığın qurulmasının
önəmini qeyd edib. Eyni zamanda, tibb təhsili, həkimlərin
təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə
mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.

