FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
Oxu.Az xəbər verir ki, azərbaycanlı hakim Yunanıstan Super Liqasının pley-off oyununda ədaləti qoruyacaq.
Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, Ağayev elitada qalmaq uğrunda “Veriya” ilə “Lamiya” arasında keçiriləcək ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Qeyd edək ki, qarşılaşma iyunun 11-də baş tutacaq.
www.RIA24.az