“Sabah” klubu heyətini Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevlə gücləndirib.
Oxu.Az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə bağlanılıb.
Anatoli Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.
O, “Sabah”da doqquz nömrəli formada çıxış edəcək.
www.RIA24.az