Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha da möhkəmlənir – Əli Əsədov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq enerji
sahəsində həyata keçirilən iri miqyaslı layihələr vasitəsilə daha
da möhkəmlənir.

Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən II
Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Baş nazir vurğulayıb ki, bu əməkdaşlıq təkcə iki ölkənin deyil,
bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir:

“Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, TANAP kimi strateji
layihələr Azərbaycan enerji resurslarının Avropa bazarlarına
etibarlı və dayanıqlı şəkildə çıxarılmasını təmin etmişdir.




Bir neçə gün sonra dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu
halqasını təşkil edən TAP boru kəməri vasitəsilə Avropaya
kommersiya məqsədilə qaz nəqlinə başlanılmasının beş ili tamam
olur.

Beş il ərzində Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı
artaraq 14-ə çatıb ki, bunlardan 10-u Avropa ölkəsidir”.

“Birgə səylərimizlə avqustda Suriyaya qaz nəqlinə başladıq. İlk
dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazı Yaxın Şərq
regionuna nəql olunur”, – Baş nazir əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir