Məhkəmə binasında qanlı qarşıdurma: Müttəhimin nəzarətçilərə hücum anı kamerada – VİDEO

Maraqlı

Rusiyada məhkəmə binasında müttəhim nəzarətçiyə və məhkəmə icraçısına silahlı hücum edib. Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hadisə Rostovda müttəhim İvan Kostyukovu məhkəmə binasından çıxarmaq istəyərkən baş verib. Kadrlarda ilk olaraq dəhlizdə müttəhimlə nəzarətçi arasında mübarizə görünür: Kostyukov əlindəki iti əşya ilə hüquqmühafizəçiyə azı 15 dəfə vurur (Onun iti əşyanı necə gətirə bildiyi məlum deyil), nəticədə nəzarətçi huşunu itirir. Bundan sonra müttəhim zərərçəkənin silahını götürür, onu doldurub qaçmağa çalışır. Bundan sonra o, məhkəmə icraçısı isə qarşıdurmaya girir. Kadrlarda onlar arasında atışma anı və hüquq-mühafizə orqanının əməkdaşının yaralanması əks olunub.

Bununla belə Kostyukov məhkəmə zalını tərk edə bilmir. Onun özü də yaralanır və pəncərədən qaçmaq istəyərkən polis onu tərksilah edib.

Bildirilir ki, bundan sonra kişi həmçinin “həyata qəsd” maddəsi ilə ittiham olunacaq.

Məhkəmənin xəsarət alan əməkdaşlarının hazırda xəstəxanada olduğu deyilir.

Mənbə: RT

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir