
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə himayədar
ailələrə verilən uşaqların sayı 60-a çatıb.
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, onlardan 36-sı qız, 24-ü oğlandır. Həmçinin 28
nəfəri 6 yaşadək olan, 26 nəfəri 7-13 yaş arası, 6 nəfəri 14-18 yaş
arası uşaqlardır.
Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı (
Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1,
Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1,
Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3,
İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.
Qanunvericiliyə uyğun olaraq Nazirliklə uşaqları himayəyə
götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair
müqavilələr imzalanıb.
Qeyd olunub ki, “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının
dünyada geniş yayılmış nümunələrindən biridir. Valideyn
himayəsindən məhrum olmuş uşaqların himayədar ailələrə verilməsi
onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və
inkişafına xidmət edir.

