
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda qeyri-həyat
sığortası növlərinin hesabına 591,5 milyon manat sığorta haqqı
toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 36,1 milyon manat və ya 6,5%
çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər
isə 5.8 milyon manat və yaxud 2,4% artaraq 249,1 milyon manata
çatıb.
Beləliklə, 11 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər
100 manat sığorta haqqının 42,1 manatı müştərilərə geri
ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı
yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon
manat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8
milyon manat və ya 21,7% artım deməkdir.

