Nazirlikdən yeni reytinq cədvəli: Bədii gimnastlarımız ilk sıraya yüksəldilər

İdman

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, ötən ayla müqayisədə ilk üçlükdə dəyişiklik baş verib.

Qrup hərəkətləri üzrə bədii gimnastika komandası güllə atıcısı Ruslan Lunyovu liderlikdən salaraq birinci sıraya yüksəlib. Üçüncü sıraya isə əvvəlki ayda heç ilk onluqda yer almayan Zöhrə Ağamirova qalxıb. Bununla da cüdoçu Məmmədəli Mehdiyev üçüncü sıradan düşüb.

Nazirliyin reytinq cədvəli üzrə ilk onluğunu təqdim edirik:

1. Bədii gimnastika komandası – 255 xal

2. Ruslan Lunyov (güllə atıcılığı) – 220 xal

3. Zöhrə Ağamirova (bədii gimnastika) – 170 xal

4. Anna Başta (qılıncoynatma) – 160 xal

5. Məmmədəli Mehdiyev (cüdo) – 135 xal

6. Nikita Simonov (idman gimnastikası) – 125 xal

7. Hidayət Heydərov (cüdo) – 120 xal

8. Arzu Cəlilova (bədii gimnastika) – 115 xal

9-11. Uşangi Kokauri (cüdo) – 85 xal

9-11. Qadınlar üzrə qılıncoynatma komandası – 85 xal

9-11. Balabəy Ağayev (cüdo) – 85 xal

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən beş kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Səbuhi Musa

www.RIA24.az

Spread the love