
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit sığortası
üzrə 4,781 milyon manat sığorta haqqı toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 18 min manat və ya 0,4% azdır.
Hesabat dövründə kredit sığortası üzrə ödənişlər isə 12 min
manat və yaxud 17,4% azalaraq 57 min manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
sığorta şirkətlərinin xətti ilə 1,365 milyard manat sığorta haqqı
yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,2 milyon
manat və ya 11,7% çoxdur.
Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 844,8 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,8
milyon manat və ya 21,7% artım deməkdir.

