Bakıdakı “Formula-2” yarışında iki qəza baş verib

İdman

Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində iki qəza baş verib.

“Report”un məlumatına görə, “MP Motorsport” komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

İkinci qəzada isə “Campos Racing” komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. 

25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

www.RIA24.az

Spread the love